"Dəstəsi 50 qəpiyə olan müğənnilər": Səidə Sultan kimə söz atdı?

Müğənni Səidə Sultan sosial mediada "dəstəsi 50 qəpiyə olan müğənnilər" ifadəsini işlədərək bir qrup müğənnini və efir şəxslərini tənqid edib. Onun bu sözləri müzakirələrə səbəb olub.

"Dəstəsi 50 qəpiyə olan müğənnilər": Səidə Sultan kimə söz atdı?
Səidə Sultan
reklam

Müğənni Səidə Sultan son zamanlarda sosial mediada "dəstəsi 50 qəpiyə olan müğənnilər" ifadəsi ilə tənqid etdiyi şəxslərlə bağlı çıxış edib. Sözləri, xüsusən televiziya kanallarında çıxış edən və tez-tez efir açıqları olaraq tanınan bir qrup şəxsi hədəf alıb.

Sultan bildirib ki, "Bizim televiziya kanallarımız və ora gələn dəstəsi 50 qəpiyə olan, zövqsüzlüyü təbliğ edən, qapı-qapı kanalları gəzən və bir verilişə həftədə üç dəfə çıxan efir açıqları var. Onların gözləri heç vaxt doymur. Təklif edirəm ki, bu görməmiş efir açıqlarını kanallar öz işçisi kimi işə götürsünlər, siz də rahat rahat gedin dincəlin".

Səidə Sultan həmçinin əlavə edib ki, bəzi müğənnilər yalnız adam tapmadıqda efirə çağırılır, amma sənət haqqında danışmağa gəldikdə onların heç bir sözü yoxdur. Bu tənqid sosial mediada geniş müzakirələrə səbəb olub.