Demet Akalın Xalasının Vəfatını Elan Etdi-FOTO

Məşhur müğənni Demet Akalın xalası Sabahat Birsinin vəfat etdiyini açıqlayıb.

Demet Akalın Xalasının Vəfatını Elan Etdi-FOTO
Demet Akalın
reklam

Türkiyəli müğənni Demet Akalın ailəsindəki acı xəbəri pərəstişkarları ilə bölüşüb.

BiG.AZ xəbər verir ki, sənətçi sosial media hesabında xalası Sabahat Birsinin dünyasını dəyişdiyini açıqlayıb.

"Böyük xalam Sabahat Birsin səhərə yaxın haqqın rəhmətinə qovuşdu. Nənəmin yanına getdi. Nur içində yatsın. 95 yaşında bizi görəndə xatırlamasa da biz səni unutmadıq," - deyə müğənni yazıb.

Demet Akalının paylaşımı izləyicilərindən çoxlu başsağlığı mesajları alıb.

reklam
reklam