Vergi Borcundan Danışdı

Müğənni Talıb Tale ölkəni tərk edərkən vergi borcunun olduğunu öyrəndiyini bildirib. O, borcunu vaxtında ödəyəcəyini və hər kəsi qanunlara əməl etməyə çağırıb.

Vergi Borcundan Danışdı
Talıb Tale
reklam

Müğənni Talıb Tale vergi borcu ilə bağlı yaşadığı hadisədən danışıb. O, borcunun olduğunu ölkəni tərk edərkən öyrəndiyini və bu borcu ölkəyə qayıtdıqdan sonra ödəməyi planladığını bildirib. "İki gün öncə Azərbaycandan çıxarkən telefonuma gələn mesajdan borcumun olduğunu öyrəndim. Oktyabrın 20-nə qədər ödəmə vaxtım olduğuna görə geri dönəndə bu məsələni həll etməyi düşündüm. Bu, sadəcə yığılan vergilərdir, ödəniş üçün vaxtım var. Hər kəsi vergilərini vaxtında ödəməyə və qanuna uyğun davranmağa çağırıram," - deyə müğənni bildirib.