Ferdi Tayfurun vəsiyyəti açıqlandı

Türkiyənin əfsanəvi sənətçisi Ferdi Tayfurun vəsiyyəti ictimaiyyətə açıqlanıb. Məşhur müğənninin bəzi övladlarının adının vəsiyyətdə yer almaması ailə daxilində narazılıq yaradıb. Qızı Tuğçe Tayfur mirasla bağlı hüquqi mübarizə aparacağını bildirib.

Ferdi Tayfurun vəsiyyəti açıqlandı
Ferdi Tayfur
reklam

Türkiyənin musiqi dünyasında iz qoymuş sənətçilərdən biri olan Ferdi Tayfurun vəsiyyəti açıqlanıb. Müğənninin vəsiyyəti onun qardaşı qızı və mətbuat məsləhətçisi Şirin Gözalıcı tərəfindən ictimaiyyətə təqdim edilib.

Vəsiyyətdə Ferdi Tayfurun Türk Silahlı Qüvvələrinə, Darüşşafaka Vəqfinə və LÖSEV-ə ianələr etdiyi bildirilib. Onun həyat yoldaşı Zeliha Tayfur, qızları Tuğba Dınız və Funda Doğrul, eləcə də oğlu Ferdi Taha Tayfurun adları vəsiyyətdə yer alıb.

Lakin sənətkarın digər övladları Tuğçe Tayfur və Timur Tayfurun vəsiyyətdə adı keçməyib. Bu vəziyyət ailə daxilində narazılığa səbəb olub. Tuğçe Tayfur sosial media hesabında paylaşım edərək vəsiyyəti qəbul etmədiyini bildirib. O, atasının adından istifadə edildiyini və mirasın müəyyən şəxslər tərəfindən yönləndirildiyini iddia edib.

Məsələ ailə üzvləri arasında ciddi müzakirələrə səbəb olub. Ferdi Tayfurun vəsiyyəti ilə bağlı mübahisələrin hüquqi müstəviyə daşına biləcəyi gözlənilir.