Ebru Gündeş 12 Yaş Kiçik Həyat Yoldaşından Boşanır-FOTO
Məşhur türk müğənnisi Ebru Gündeş həyat yoldaşı Murat Özdemir ilə ayrılır. Cütlüyün boşanmasının səbəbi maliyyə problemləri olub. Ebru Gündeşin yüksək xərclərini qarşılamayan Muratın, Ebru ilə əlaqələrini sona çatdırmağa qərar verdiyi bildirilib. Boşanma prosesinə artıq vəkillər də cəlb olunub.
Məşhur türk müğənnisi Ebru Gündeş, həyat yoldaşı Murat Özdemir ilə ayrıldığını açıqlayıb. Məlumatlara görə, cütlüyün boşanmasının əsas səbəbi Muratın maliyyə çətinlikləri olub. Özünü "milyonçu" kimi təqdim edən Muratın sərvətinin azalması, Gündeşin yüksək xərclərini qarşılamamasına gətirib çıxarıb. Ebru Gündeş, artıq Dubaydakı evində qalarkən, Murat Özdemir isə oteldə yerləşib. Boşanma üçün vəkillər də işə cəlb edilib, və cütlüyün bir neçə gündən sonra məhkəməyə çıxacağı gözlənilir.
Ebru Gündeş və Murat Özdemir bu ilin fevralında evlənmişdi. Maraqlıdır ki, Ebru Gündeş həyat yoldaşından 12 yaş böyüktür.