"Sevən üçün bu, ölümə bərabər hissdir"-FOTO

Tanınmış aparıcı Elcan Rəsulov sevgiyə dair fikirlərini sosial media hesabında bölüşüb. O, sevginin tək bir günlə məhdudlaşmadığını, əsl sevənlər üçün hər günün özəl olduğunu bildirib. Aparıcının paylaşımı izləyiciləri arasında maraqla qarşılanıb.

"Sevən üçün bu, ölümə bərabər hissdir"-FOTO
Elcan Rəsulov
reklam

Aparıcı Elcan Rəsulov sevgi haqqında maraqlı paylaşımı ilə diqqət çəkib. O, sevginin təkcə müəyyən bir günlə qeyd olunmadığını vurğulayaraq, əsl sevginin xüsusi tarixlər, sevimli mahnılar və səmimi duyğularla yaşandığını bildirib.

“Əsl sevənlər üçün xüsusi bir gün yoxdur. Onların tanış olduqları, birlikdə zaman keçirdikləri günlər və sevdikləri mahnılar olur. Onlar küsüb-barışsalar da, ayrılsalar da sevməyə davam edirlər. Sevgililər Günü isə əsasən yeni tanış olanlar və qarşı tərəfi təsirləndirmək istəyənlər üçün bir bəhanədir. Amma hər şeyin sevgiylə bitməsi gözəldir. Allah heç kimi sevdiyinin yanında utandırmasın,” – deyə aparıcı qeyd edib.

Rəsulovun bu paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub və izləyicilər tərəfindən maraqla qarşılanıb.