Yelena Sidorenko xərçəngə necə qalib gəldi?

Tanınmış aparıcı Yelena Sidorenko qalxanvari vəzində aşkarlanan bədxassəli şişdən necə qurtulduğunu və sağalma prosesində verdiyi mühüm qərarları bölüşüb.

Yelena Sidorenko xərçəngə necə qalib gəldi?
Yelena Sidorenko
reklam

Tanınmış aparıcı Yelena Sidorenko qalxanvari vəzində bədxassəli şiş diaqnozu qoyulduğunu və bu çətinliyi necə aşdığını açıqlayıb. Aparıcı bu barədə təəssüratlarını bölüşərək, xəstəliyin səbəbsiz yaranmadığını və daxili düşüncələrin insan sağlamlığına təsir etdiyini vurğulayıb.

Yelena Sidorenko bir il əvvəl səhhətində ciddi problemlər yaşadığını bildirib:

“Özümü çox pis hiss edirdim, ayaq üstə dura bilmirdim və ağrılarım vardı. Həkimə müraciət etdikdən sonra qalxanvari vəzidə bədxassəli şiş olduğunu öyrəndim. O an düşündüyüm tək şey balaca övladım və gələcəyim idi. Ancaq bu vəziyyət mənə bir mesaj idi. Özüm-özümlə tək qalıb düşünməyə başladım: Nəyi səhv etmişəm? Həyatımda nəyi dəyişməliyəm?” – deyə o bildirib.

Aparıcı bu müddətdə iki mühüm qərar qəbul etdiyini qeyd edib:

  1. Bağışlamaq: “Mənə pislik edən, xətrimə dəyən hər kəsi bağışlamağa qərar verdim. Onların şəkillərinə və videolarına baxaraq içimdəki küskünlüyü aradan qaldırmağa çalışdım və bacardım.”
  2. Mühakimə etməmək: “Heç kəsi, heç vaxt mühakimə etməməyə qərar verdim. Bu, asan olmasa da, zamanla həyata keçirdim və bu vərdişi inkişaf etdirdim.”

Bu daxili dəyişikliklərin nəticəsində aparıcının sağlamlıq vəziyyətində möcüzəvi dəyişiklik baş verib.

“Dekabr ayında yenidən analiz verdim və məlum oldu ki, artıq şişim bədxassəli deyil, xoşxassəlidir. Nə əməliyyata, nə də kimyaterapiyaya ehtiyac qalmadı,” – deyə Sidorenko vurğulayıb.

reklam
reklam

O, insanlara sağlamlıq problemləri ilə qarşılaşdıqları zaman daxillərinə nəzər salmağı və kainatın mesajlarını düzgün oxumağı tövsiyə edib. Aparıcının sözlərinə görə, doğru düşüncə və qərarlarla bir çox xəstəliklərin öhdəsindən gəlmək mümkündür.