"Elə Bilirdilər ki, Həqiqətən Efe, Aslı, Deniz, Mine Var"
"Kavak Yelleri" serialı ilə məşhurlaşan aktrisa Pelin Karahan tamaşaçıların obrazlara gerçək insan kimi yanaşdığını bildirib. O, serialın səmimiyyəti və təbiiliyi ilə seçildiyini vurğulayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Tanınmış türk aktrisası Pelin Karahan "Kavak Yelleri" serialındakı rolu haqqında maraqlı açıqlamalar verib.
Aktrisa bildirib ki, tamaşaçılar serialdakı personajları gerçək hesab edirdilər:
"Hər kəs o rolların həqiqi olduğunu düşünürdü. Elə bilirdilər ki, doğrudan da Efe, Aslı, Deniz və Mine var. Tamaşaçılar bizə ailələrinin bir parçası kimi yanaşırdılar. Bu, səmimiyyətlə ərsəyə gəlmiş bir iş idi."
Pelin Karahan aktyorluq təhsili almadığını və "Kavak Yelleri"nin onun ilk televiziya təcrübəsi olduğunu da vurğulayıb:
"Bu işin təhsilini almadım, televiziyada ilk işim idi. Buna görə də ürəyimdən gəldiyi kimi oynadım. Aslı içimizdən biri kimi idi."
Qeyd edək ki, "Kavak Yelleri" 2007-2011-ci illərdə yayımlanaraq geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdı.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox