Toyda oxumadan 2000 manat qazandı!

Əməkdar artist Babək Niftəliyev dəvət aldığı toyda səhnəyə çıxmağa imkan tapmayıb. Müğənni bildirib ki, məclisdə iştirak edən məşhur sənətçilər ona və digər ifaçılara çıxış etmək fürsəti verməyiblər. Buna baxmayaraq, toy sahibi onların cibinə 2000 manat qoyub.

Toyda oxumadan 2000 manat qazandı!
Babək Niftəliyev
reklam

Əməkdar artist Babək Niftəliyev son iştirak etdiyi toy məclisində gözlənilməz hadisə ilə üzləşib. Müğənni bu barədə qatıldığı televiziya verilişində danışıb.

Onun sözlərinə görə, imkanlı bir şəxsin qızının toyuna dəvət alsa da, digər müğənnilər onun və yanındakı həmkarının səhnəyə çıxmasına imkan verməyiblər.

"Məclisdə bir çox Xalq artistləri və estrada ulduzları iştirak edirdi. Hamı oxudu, biz isə gözlədik. Saat 23:00-a yaxınlaşırdı, amma bizə söz verilmirdi. Qonaqlar maraqlanırdı ki, niyə oxumuruq. Dedim ki, nə vaxt söz verərlər, o zaman çıxış edərik. Lakin gözlədiyimiz an gəlib çatmadı. Orada çıxış edən müğənnilər yüksək qonorar qarşılığında səhnəyə çıxmışdılar. Biz isə sadəcə tamaşaçı kimi qaldıq. Amma toy sahibi oxumadan da bizim cibimizə 2000 manat qoydu."

Niftəliyev məclisin sonunda gəlinin atasına müraciət edərək yalnız onların oxumasını istədiyini bildirib. Müğənni bu hadisənin onda qarışıq hisslər yaratdığını da etiraf edib.