"Gedib Tolikin verilişində şou qurdu"
Aktyor Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevin "torbamı tikib" sözlərindən inciyib. O, Fərdanın bu açıqlamanı Tolikin verilişində şouya çevirdiyini bildirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Tanınmış aktyor Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevdən incikliyini dilə gətirib. O, "Künc-bucaq" YouTube layihəsində Fərdanın "Elməddin torbamı tikib" ifadəsini işlətməsinə görə məyus olduğunu bildirib.
"Fərdanı çox istəyirəm, Azərbaycanda "stand-up" janrında bir nömrədir. Uzun illər dost olmuşuq, amma ən yaxın dostum haqqımda belə danışmamalı idi. Mən heç kimin çörəyinə bais olmamışam. Bu sözləri eşidəndə üzüldüm. Üstəlik, gedib Tolikin verilişində şou düzəltdi. Mənə zəng etdilər, amma cavab vermədim," – deyə Elməddin bildirib.
Onların arasındakı incikliyə "Qara-qura" layihəsi səbəb olub. Aktyorun sözlərinə görə, Fərda ilə birlikdə işləmək üçün digər işini dayandırıb, lakin son anda Fərda layihəni tərk edib və başqa yerə gedib. Bu hadisədən sonra Elməddin ona haqq qazandırsa da, Fərdanın "torbamı tikib" ifadəsi onu dərindən yaralayıb.
"Bağışlayırsan, amma eşidirsən ki, deyir Elməddin "torbamı tikib". Mən səni xilas etmək üçün dağa dırmaşıram, sən isə deyirsən, sərin hava istəyirdi deyə dırmaşdı. Təşəkkür etmə, amma belə danışma," – deyə aktyor əlavə edib.
admin Şub 13, 2025 0 428
AsimanFərzəliyeva Şub 9, 2025 0 21
AsimanFərzəliyeva Şub 23, 2025 0 16
AsimanFərzəliyeva Şub 1, 2025 0 11
AsimanFərzəliyeva Mar 16, 2025 0 2
AsimanFərzəliyeva Mar 16, 2025 0 1
AsimanFərzəliyeva Mar 16, 2025 0 1
AsimanFərzəliyeva Mar 16, 2025 0 2
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox