"İlk dəfə efirə çıxanda bu hadisədən pomidor kimi qızarmışdım"

Aparıcı Günay Baxşəliyeva 19 il əvvəl ilk dəfə efirə çıxarkən yaşadığı maraqlı hadisəni bölüşüb. O, "Zaurla Günaydın" verilişində həmin anların onu necə utandırdığını zarafatla xatırlayıb.

"İlk dəfə efirə çıxanda bu hadisədən pomidor kimi qızarmışdım"
Günay Baxşəliyeva
reklam

Aparıcı Günay Baxşəliyeva 19 il əvvəl ilk dəfə efirə çıxarkən yaşadığı maraqlı hadisəni xatırladıb.

"Zaurla Günaydın" verilişində danışan Günay bildirib ki, ilk canlı yayımları "Bizim səhər" adlı proqram olub və orada Zaur Kamalla birgə aparıcılıq edib. İlk qonaqları isə müğənni Rəşad İlyasov və onun övladları Mirzə ilə Leyla olub.

Günay həmin günü belə nəql edib:

"Canlı yayımda oturmuşduq, Leyla bizim aramızda idi. Barmağımdakı üzüyü kimsə fırladırdı, elə bilirdim ki, Leyladır. Sonra anladım ki, bu uşaq hərəkəti deyil, çox möhkəm edirdi. Sən demə, bunu edən Zaur imiş. O an səs çıxara bilmirdim ki, Zaur barmağımı dartma. O qədər utanmışdım ki, pomidor kimi qızarmışdım".

Aparıcının bu etirafı studiyada gülüşə səbəb olub.

reklam
reklam