Əməkdar Artist Xumar Qədimovanın Adından Saxtakarlıq
Əməkdar artist Xumar Qədimova saxta konsert elanlarının yayıldığını bildirib. Sənətçi pərəstişkarlarına diqqətli olmağı və yalnız rəsmi mənbələrə güvənməyi tövsiyə edib.
Əməkdar artist Xumar Qədimova adından yayılan saxta konsert elanları ilə bağlı izləyicilərinə xəbərdarlıq edib. O, instaqram səhifəsində paylaşım edərək belə yazıb:
"Diqqət! Adımdan saxta konsert postları yayımlanır. Əgər haradasa mənim konsertimin keçiriləcəyini görsəniz, öncə bizimlə əlaqə saxlayın və bunun həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirin. Ancaq bundan sonra bilet alın."
Sənətçi bildirib ki, saxtakarlığın qarşısını almaq üçün pərəstişkarları ehtiyatlı davranmalıdır.