"Gözümün qabağında əriyirdi"

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziyanın ağır xəstəliyi və keçirdiyi qorxu dolu günlərdən danışıb. Müğənni bildirib ki, sevdiyi insanın gözləri önündə əriyib getməsi ona böyük sarsıntı yaşadıb.

"Gözümün qabağında əriyirdi"
Gülyanaq Məmmədova
reklam

Xalq artisti Gülyanaq Məmmədova ailə münasibətlərindən və həyat yoldaşı Ziyanın ağır xəstəliyi dövründə yaşadıqlarından danışıb.

"İnsan ailə həyatında söz-söhbətsiz keçinə bilməz. Amma nə həyat yoldaşım mənə, nə də mən ona qarşı uzun müddət küskün qala bilirik. Bir gün küsülü qalsam, ürəyim partlayar. Qadın həyat yoldaşına küssə, dünyadan da küsər. Barışan tərəf hər zaman mən oluram," – deyə müğənni bildirib.

O, həyat yoldaşının xəstəliyi zamanı keçirdiyi qorxu dolu günləri belə xatırlayıb:

"Bir dəfə həmin stresi yaşadım. Yoldaşım ağır xəstəliklə mübarizə aparırdı və onun gözlərimin qarşısında əriyib getməsi mənim üçün dözülməz idi. O vaxt böyük bir problem var idi. Amma gözəl həkimlərin, maddi və mənəvi dəstəyin sayəsində onu həyata qaytardım. Üstünə düşdüm ki, yaşamalısan. Çünki uşaqlara tək baxa bilməzdim. O qədər qorxu keçirdim ki, o, əməliyyatdan çıxıb evə buraxılanda, bu dəfə mən əməliyyat otağına salındım."

Qeyd edək ki, Gülyanaq Məmmədova və həyat yoldaşı Ziyanın dörd övladı var.

reklam
reklam