“Boşanandan 5 gün sonra ikinci xanımımla rastlaşdım”

Əməkdar artist Rəhman Rəhmanov yaşadığı çətin həyat şəraitindən, ailə münasibətlərindən və ikinci həyat yoldaşı ilə tanışlıq hekayəsindən danışıb. Aktyor, həmçinin səhhətində yaranan problemləri də diqqətə çatdıraraq illərdir yarızirzəmidə yaşamağın təsirindən bəhs edib.

“Boşanandan 5 gün sonra ikinci xanımımla rastlaşdım”
Rəhman Rəhmanov
reklam

Əməkdar artist Rəhman Rəhmanov "Həftənin qonağı" proqramında həyat hekayəsini bölüşüb. Aktyor, illərdir yaşadığı çətin şərait və səhhətindəki problemlər haqqında danışıb:

"30 ildir 15 kvadratmetrlik yarızirzəmidə yaşayıram. Nəinki paltarlarıma, özümə də nəm iyi hopub. Bəzən öskürməkdən səhərə qədər yata bilmirəm. Cavan idim, dözürdüm. İndi bədənim bu şəraiti götürmür. Ömrümə nə qalıb ki? 1-2 il. Bir az pulum olsaydı, nəm olmayan bir evə köçərdim.”

Aktyor ikinci həyat yoldaşı Gülbikə xanımla tanışlıq hekayəsini də bölüşüb:
"Birinci həyat yoldaşımdan boşanandan 5 gün sonra təsadüfən ikinci xanımımla rastlaşdım. Dostumgilə getmişdim, o süfrədə bizə qulluq edirdi. Özümə söz vermişdim ki, qarşıma ilk kim çıxsa, onunla evlənəcəyəm. İndi, 30 ildən sonra, ona aşiqəm. O, məni uşaq kimi saxlayır, hər zaman yanımdadır.”

Aktyor ilk həyat yoldaşı Ulduz Əhmədova ilə boşanmasına dair səsləndirilən iddialara da münasibət bildirib:
"Bir qadın bir kişi ilə yaşamaq istəmirsə, buna məcbur deyil. Məhkəməyə boşanmaq üçün ilk müraciət edən o olub. Əgər məni sevsəydi, niyə boşanırdı?"

Qeyd edək ki, Rəhman Rəhmanovun birinci evlilikdən iki övladı olub. Böyük oğlu Emil Rəhmanov 2023-cü ilin sentyabrında vəfat edib.

reklam
reklam