“Hər Gün Şokolad Yeyirəm, Amma Kökəlmirəm”

Məşhur türkiyəli model Tülin Şahin hər gün şokolad yeməsinə baxmayaraq, kökəlmədiyini bildirib. O, gündəlik həyatında daim hərəkətdə olduğunu və ev işlərini özü gördüyünü vurğulayıb.

“Hər Gün Şokolad Yeyirəm, Amma Kökəlmirəm”
Tülin Şahin
reklam

Türkiyəli model Tülin Şahin şokolad yeməyi çox sevdiyini, lakin buna baxmayaraq çəki almadığını bildirib.

BiG.AZ xəbər verir ki, model gündəlik həyat tərzinin onu formada saxladığını qeyd edib:

“Hər gün şokolad yeyib kökəlmirəm. Hər gün idman etməsəm də, daim hərəkətdə oluram. Uşağımın baxıcısı və köməkçim yoxdur. İllərdir evimi özüm təmizləyirəm”, – deyə Tülin Şahin vurğulayıb.

Məşhur model daha əvvəl də sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri ilə bağlı açıqlamalar vermişdi.