Həyat yoldaşı xərçəngdən vəfat etdi
Türkiyəli aktyor Macit Koper ağır itki ilə üzləşib. Aktyorun həyat yoldaşı, tanınmış ssenarist Hülya Koper 55 yaşında dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Hülya Koper "Gurbet kuşları", "Hayat yolunda", "Derin sular", "Hasret", "Hayat sevince güzel", "Hırçın kız Kadife" kimi məşhur serialların ssenari müəllifi olub.
Macit Koper son olaraq "Bahar" serialında rol alıb və hazırda "Eşref Rüya" serialına çəkilməyə hazırlaşır.