Çovğuna görə Leyla Mustafayevanın çəkilişi yarımçıq qaldı

Aparıcı Leyla Mustafayeva Göygöl rayonunun Tülallar kəndində çəkiliş edərkən güclü qar və çovğun səbəbilə işini dayandırmağa məcbur olub. O, hava şəraitinin çəkilişə imkan vermədiyini və təhlükəli vəziyyətlə üzləşdiklərini bildirib.

Çovğuna görə Leyla Mustafayevanın çəkilişi yarımçıq qaldı
Leyla Mustafayeva
reklam

Aparıcı Leyla Mustafayevanın Göygöl rayonunun Tülallar kəndində planlaşdırdığı çəkiliş qarlı və çovğunlu hava səbəbilə yarımçıq qalıb.

Aparıcının sözlərinə görə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən kənddə heç kimi küçədə tapa bilməyiblər, çünki hamı soyuqdan evinə çəkilib. Hava şəraitinin həddindən artıq sərt olması çəkiliş avadanlıqlarının da donmasına səbəb olub.

"Əllərimiz, ayaqlarımız donub, çovğuna düşdük, vəziyyət olduqca təhlükəlidir. Çəkilişi davam etdirmək mümkün olmadı. Bizə bildirildi ki, kənddən dərhal çıxmalıyıq, əks halda şəhərə düşə bilməyəcəyik," – deyə Leyla Mustafayeva bildirib.