Hamiləliyi Haqqında İlk Dəfə Danışdı

Tanınmış aktrisa Meriç Aral ana olmağa hazırlaşır. O, ilk dəfə hamiləliyi ilə bağlı danışaraq xoşbəxt və həyəcanlı olduğunu bildirib.

Hamiləliyi Haqqında İlk Dəfə Danışdı
Meriç Aral
reklam

Türkiyəli aktrisa Meriç Aral ilk dəfə ana olacağı ilə bağlı açıqlama verib.

O, türk mətbuatına danışaraq hamiləlik xəbərini ilk dəfə eşidəndə keçirdiyi hisslərdən bəhs edib:

"Mən ilk öyrənəndə çox xoşbəxt oldum və həyəcanlandım. Alışmağa çalışıram. Bizim üçün də sürpriz oldu."

Qeyd edək ki, Meriç Aral aktyor Serkan Keskin ilə evlidir. Cütlük ailə həyatlarında yeni bir səhifə açmağa hazırlaşır.