"Həyat yoldaşı adamı qocaldır"

Əməkdar artist Gövhər Rzayeva maraqlı açıqlamalar verib və həyat yoldaşının insana necə təsir etdiyini şərh edib.

"Həyat yoldaşı adamı qocaldır"
Gövhər Rzayeva
reklam

Qarmon ustası və Əməkdar artist Gövhər Rzayeva şəxsi həyatından və ailə məsələlərindən danışıb.

Gövhər xanım qeyd edib ki, ətrafında ailəli heç bir qadın yoxdur və həyat yoldaşı olmayan bir insanın həyatını daha rahat və müstəqil yaşaya biləcəyini vurğulayıb. "Ətrafda ailəli heç kim yoxdur. Gövhər xanımın yanında ərli kimsə yoxdur. Yazıqlar hamısı yarımayıb. Həyat yoldaşı olmasa da olar. Ər adamı qocaldır. İncəsənət adamları evdə az tapılırlar, ailə ilə çətindir," – deyə Gövhər Rzayeva bildirib.

Onun sözlərinə görə, sənətkarların gündəlik məşğuliyyətləri və səhnə həyatı ailə həyatına təsir edir.