İbrahim Tatlısəsin nəvələrinin sağlamlıq problemi açıqlanıb
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs və onun həyat yoldaşı Yasemin Şefkatlı, əkiz oğulları ilə bağlı diqqətçəkən bir sağlamlıq problemi barədə danışıb. Körpələrdən birində gözyaşı kanalının tıxanması diaqnozu qoyulub və ailə bu problemin tezliklə həll olunacağına ümid edir.
Türkiyənin sevilən sənətçisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs və həyat yoldaşı Yasemin Şefkatlı, 22 yanvar 2024-cü ildə dünyaya gələn əkiz oğulları ilə bağlı ilk dəfə açıq danışıb.
Əkizlərə İbrahim Ayel və Sinan Emir adlarını verən cütlük, körpələrin sağlamlıq problemlərini izləyiciləri ilə bölüşüb. Yasemin Şefkatlı instaqram paylaşımında əkizlərdən birinin gözyaşı kanalının tıxandığını bildirib. O, "Həmişə uşaqların gözləri yaşlı olur, bu problem Emirin bir gözündədir. İnşallah, tezliklə keçər," – deyə açıqlama verib.
Tatlısəs ailəsi bu çətinliyin müvəqqəti olacağına ümid edir və övladlarının sağlamlığına xüsusi diqqət göstərir.