İkardidən boşanan Nara ciddi maliyyə problemləri ilə üzləşib

Wanda Nara, Mauro İkardidən boşandıqdan sonra ağır maliyyə çətinlikləri ilə qarşılaşıb. O, məhkəmələrə 240 milyon Argentina pesosu borcunu ödəməlidir.

İkardidən boşanan Nara ciddi maliyyə problemləri ilə üzləşib
Wanda Nara
reklam

Wanda Nara, "Qalatasaray"ın hücumçusu Mauro İkardidən boşandıqdan sonra ciddi maliyyə çətinlikləri ilə üzləşib. Argentinalı jurnalist Yanina Latorre bu barədə məlumat verib.

Hazırda Wanda Nara Argentina məhkəmələrinə təxminən 240 milyon Argentina pesosu (təxminən 383 min manat) borc qalıb.

Yanina Latorre açıqlamasında bildirib ki, "Wanda Mauro İkardini şəxsi və qızlarının mobil telefonundan bloklayıb və daha sonra idmançı ondan şikayət edib. Həmçinin, modelin məhkəmələrə milyonlarla dollar cərimə borcu var. Yaxın günlərdə daha ətraflı məlumat verəcəyəm."

Qeyd edək ki, Wanda Nara və Mauro İkardi 2024-cü ilin noyabrında rəsmi olaraq boşanıblar. Ayrılığın səbəbi isə Wanda Naranın Mauro İkardiyə argentinalı reper L-Gante ilə xəyanət etməsi olub.