Axtarışa verilən müğənni

Müğənni Dəniz Əsədova haqqında Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan edilib. O, sosial şəbəkələrdə bir vətəndaşı təhqir etdiyi iddiaları ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilən şəxsdir.

Axtarışa verilən müğənni
Deniz Esedova
reklam

Müğənni Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan edilib. Globalinfo.az-a daxil olan məlumata görə, müğənni sosial şəbəkələrdə bir vətəndaşı təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Məhkəmənin qərarına əsasən, müğənninin məhkəmədən yayınması səbəbindən axtarışa verilməsinə qərar verilib. Eyni zamanda, Binəqədi rayon Məhkəməsi tərəfindən verilən müvəqqəti təminat qərarı ilə Dəniz Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq qadağan edilib.

Əlavə olaraq, Dəniz Əsədova əvvəlki dövrlərdə də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən məsuliyyətə cəlb edilib.