İlhamə Quliyevanın Bacısından Efirlər Üzərindəki Qadağa:

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva, "Tarixin bir günü" verilişində qonaq olaraq bacısının sənətinə qarşı göstərilən hörməti vurğulayıb və onun haqqında efirlərdəki neqativ müzakirələrə son qoyulmasını tələb edib.

İlhamə Quliyevanın Bacısından Efirlər Üzərindəki Qadağa:
Ilhame Quliyeva Gulbahar Quliyeva
reklam

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva, “Tarixin bir günü” verilişində çıxış edərək bacısının həyatına və sənətinə dair fikirlərini bölüşüb. Gülbahar Quliyeva İlhamə Quliyevanın sənətini yüksək qiymətləndirərək, onun böyük bir sənətkar olduğunu vurğulayıb: “Bacım çox böyük sənətkar olub. Onun özündən sonra qoyub getdiyi çox böyük sənəti var. İlhamə xanımın sənətindən danışırlar, nə xoş bizə. Onun üçün yaradıcılıq gecələri təşkil edirlər. Lap yaxşı... Amma sonradan efirlərdə bacım haqqında səviyyəsiz söhbətlər gedir.”

Gülbahar Quliyeva, bu cür neqativ danışmaların qarşısını almaq üçün qətiyyətli mövqe sərgiləyib: “Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirlərdən yığışdırsınlar. Onun sənətindən, gözəlliyindən danışsınlar. O gözəllikdə bir sənətkar dünyasını dəyişdi. İlhamə xanımın xasiyyəti çox gözəl idi. Kini yox idi, sərt idi… O bilirdi kimə sərt olmaq lazımdır.”

Mərhum sənətçinin bacısı daha sonra sözlərinə davam edərək, ölü haqqında pis danışmağın yersiz olduğunu qeyd edib: “Rəhmətə gedib, o artıq yoxdur. Ölünün arxasınca danışmaq günahdır. Mənim vəkilim var. Mən rəsmi qaydada məhkəməyə müraciət edəcəyəm. Mən tələb edirəm ki, heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Mən qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır.”

Gülbahar Quliyeva, bacısının ancaq sənətinə layiq bir şəkildə xatırlanmasını istəyir və ona qarşı hörmətsiz yanaşmanın qarşısını almaq üçün hüquqi addımlar atmağa hazır olduğunu bildirib.