Manaf Ağayev həyat yoldaşı haqqında şok açıqlamalar verdi-FOTO
Müğənni Manaf Ağayev həyat yoldaşı ilə münasibətləri barədə danışaraq, ailəsinin ona qarşı olan sevgisini və dəstəyini vurğulayıb. O, həyat yoldaşının göstərdiyi səbir və anlayışla bağlı danışarkən, öz şəxsi həyatına dair şok açıqlamalar da verib.
Müğənni Manaf Ağayev, "Rəngarəng" verilişində həyat yoldaşı və ailəsi haqqında duyğusal açıqlamalar verib. O, həyat yoldaşına qarşı böyük bir təşəkkür etdiyini qeyd edərək, "Mənim həyat yoldaşım olmaq çox çətin məsələdir" deyib. Müğənni, ailəsinin sevgisi və dəstəyinin öz üçün çox dəyərli olduğunu vurğulayıb.
Ağayev, "Bizim aramızda əsl sevgi var idi. Bir-birimizi sevərək evləndik. Bizi atamız evləndirməyib. Mən həyat yoldaşımı bu gün də sevirəm və onunla fəxr edirəm", - deyə bildirib.
O, öz həyatına dair daha şəxsi açıqlamalar verərək, "Bəlkə də kimisi yerimə olsa, artıq bir neçə ailə qurmuşdum. Amma həyat yoldaşımın səbirli olması və sevgisi ilə bu günə qədər gəldik", – deyib.
Manaf Ağayevin iki oğlan və bir qız övladı olduğu məlumdur.