En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Meyxanaçı və qəzəlxan Mahir Cürət, son dövrlərdə meyxana janrının vəziyyətinə narazılığını bildirib. O, "Arzunun vaxtı" verilişində çıxış edərək, daha əvvəl olduğu kimi toylara getmədiyini və meyxananın artıq əvvəlki cazibəsini itirdiyini söyləyib. "Artıq meyxananın ləzzəti qalmayıb. İnsanlar mənə "Ay şair, niyə belə oldu? Siz aramla deyirdiniz, indi heç meyxanalara baxmırıq" deyirlər", – deyə Cürət qeyd edib.
Uzun müddətdir ki, ağır xəstəliklə mübarizə aparan Mahir Cürət, sağlamlığı ilə bağlı da açıqlama verib. O, əvvəllər ayaqlarının kəsilmə təhlükəsi ilə üzləşdiyini, lakin müalicə nəticəsində sağaldığını və hal-hazırda yaxşı olduğunu bildirib. "Ayda bir dəfə həkim yoxlanışına gedirəm. Yaradıcılığım və sənətimlə məşğulam", – deyə Mahir Cürət əlavə edib.
Bundan əlavə, meyxanaçı yeni kitab nəşr etmək arzusunu dilə gətirib. "Hər kəs məndən yeni kitab istəyir. İstəyirəm ki, kitabımı 1 000 tirajla çıxarım", – deyə o, kitabını çap etməsi üçün xeyriyyəçi dəstəyinə ehtiyacı olduğunu vurğulayıb.
Cürət, əvvəllər toylarda iştirak edərək öz işlərini həll edə bildiyini, amma hazırda toylara getmədiyi üçün bu işlərlə bağlı kənar dəstəyə ehtiyacı olduğunu qeyd edib. "Dəstək olanın da, olmayanın da canı sağ olsun", – deyə Mahir Cürət son olaraq əlavə edib.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox