"Təranə Səmədova" mövzusunda efiri yarımçıq tərk etdi

Müğənni Musa Musayev "Tarixin bir günü" verilişində əsəbiləşərək efiri yarımçıq tərk edib. Bunun səbəbi aparıcı Tarix Əliyevin ona hazırda həbsdə olan prodüser Təranə Səmədova ilə bağlı sual verməsi olub. Musa verilişi tərk edərkən şəxsi münasibətləri və sosial şəbəkə mövzularına qarşı sərt etirazını bildirib.

"Təranə Səmədova" mövzusunda efiri yarımçıq tərk etdi
Musa Musayev
reklam

Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşərək yarımçıq tərk edib. Buna səbəb, proqramın aparıcısı Tarix Əliyevin ona hazırda həbsdə olan prodüser Təranə Səmədova ilə bağlı qalmaqalı xatırlatması olub.

Musa bu mövzuda: “Təranənin Allah qapısını açsın. Bunlar pula görə işləyən adamlardır. Məni əsəbiləşdirmək üçün xoşagəlməz videolar yayırlar. Belə şeylərə görə efirə çıxmıram. Bir ildən çoxdur verilişlərə getmirəm. Belə söhbətləri qəbul etmək istəmirəm. Həyatda düşmənim yoxdur. Kimsə düşmənçilik edirsə, Allah cəzasını verəcək” deyərək mikrofonu qoyaraq efirdən ayrılıb.

Onun həyat yoldaşı, müğənni Təranə Qumral isə etirazını bildirərək, “Onun TikTok-u və başqa sosial şəbəkə hesabı yoxdur. Qoymuram elə şeylərə Musa baxsın və əsəbiləşsin” qeyd edib.

Qeyd edək ki, daha əvvəl Təranə və Musa arasında "Space" kanalında keçirilən bir verilişdə qalmaqal yaşanmışdı.