Şəbnəm Qəhrəmanova əməliyyat olundu
Müğənni Şəbnəm Qəhrəmanova, nəfəsalma problemləri və qollarının görünüşü ilə bağlı yeni bir əməliyyat keçirib.
Müğənni Şəbnəm Qəhrəmanova növbəti dəfə əməliyyat etdirib.
Sənətçi bu barədə özəl açıqlamasında məlumat verib. O, əməliyyat zamanı burun və qolları ilə bağlı prosedurlardan keçdiyini bildirib:
“Son 10 ildə nəfəsalma ilə bağlı çətinliklər yaşadım. Çox zaman nəfəs ala bilmədiyimi izləyicilərim də qeyd edirdi. Nəhayət, problemi həll etmək üçün əməliyyat olundum. Həmçinin, qollarımın görünüşü çox əzələli və kök idi, ona görə də qollarımı incəltmək istədim.”
Müğənni əvvəllər də bir neçə dəfə cərrahiyyə əməliyyatları keçirib.