Niyaməddin Musayevdən tənqidlərə cavab - FOTO

Xalq artisti Niyaməddin Musayev, "Cümə axşamı" verilişindəki görüntüləri ilə bağlı yayılan tənqidlərə cavab verib. O, verilişə dəvət olunduğu üçün qonaqların geyimlərinə müdaxilə etməyin düzgün olmadığını bildirib. Musayev, Dilarə Kazımova və Nigar Camalın müasir geyimlərinə də hörmətlə yanaşdığını qeyd edib.

Niyaməddin Musayevdən tənqidlərə cavab - FOTO
Niyameddin Musayev
reklam

Xalq artisti Niyaməddin Musayev, "İctimai TV"də qonaq olduğu "Cümə axşamı" verilişindəki görüntüləri ilə gündəmə gəlib. Verilişdə Musayev ilə birlikdə qonaq olan müğənnilər Dilarə Kazımova və Nigar Camalın geyimi və onların Niyaməddin Musayevin ətrafında bu geyimdə əyləşmələri müzakirələrə səbəb olub.

Tənqidlərə cavab olaraq, Niyaməddin Musayev açıqlama verib. O, hər kəsin öz geyim tərzinin olduğunu qeyd edərək bildirib: "Əvvəla, məni verilişə "İctimai" televiziya dəvət edib. "İctimai TV" normal kanaldır. Mən nə bilim ki, onlar nə geyinəcəklər? Verilişdir, dəvət edirlər, gedirəm. Bəzən görürsən ki, ətrafımda elə adamlar olur... Mən deyim ki, verilişə kim gələcək? Belə sual vermək düzgün deyil axı. Nə bilim, gələn adam nə geyinəcək? Bu, onun öz mədəniyyətinə, şəxsiyyətinə baxır. Hər kəsin özünə məxsus geyimi var."

Musayev, həmçinin Dilarə Kazımova və Nigar Camalın ifa tərzini müsbət qiymətləndirib. O, "Dilarə Kazımova və Nigar Camal çox gözəl ifa etdilər. Qulaq asdım, ifa tərzləri normaldır. Müasir geyinirlər, bu haqda nə deyə bilərəm? Deyim ki, niyə belə geyinirsiniz? Belə şey düzgün deyil. Gərək, insanın özü öz geyimini seçsin." deyərək, bu mövzuda müsbət yanaşma sərgiləyib.