"Yaxşı arvadın kişisi gəzməz" açıqlaması qalmaqal yaradıb
Müğənni Ofelya Şabanova "Yaxşı arvadın kişisi gəzməz" ifadəsi ilə yenidən diqqətləri üzərinə çəkib. Sənətçinin APA Tv-yə verdiyi açıqlama ailə mövzusu ilə bağlı özünəməxsus fikirlərini açıqlayıb və bu sözlər sosial mediada geniş müzakirələrə səbəb olub.
