"O videonu sil, balamı qana salma"-FOTO
Tanınmış prodüser və aparıcı Tarix Əliyev müğənni Nazəninlə bağlı illər əvvəl yaşanan bir hadisəni bölüşüb. O, sənətçinin emosional anlarını və verdiyi qərarın arxasında duran səbəbləri açıqlayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Tanınmış prodüser və aparıcı Tarix Əliyev müğənni Nazənin haqqında maraqlı açıqlamalar verib. O, aparıcısı olduğu "Tarixin bir günü" verilişində sənətçinin son vaxtlar niyə kövrək olması mövzusuna toxunub.
"Ata əvəzi qardaşımı itirmişəm. Düşünürdüm ki, heç vaxt ölməyəcək. Onu itirməkdən qorxurdum. Heç nə bizim deyil. Öləndə özümüzlə apara bilmirik", - deyə Nazənin bildirib.
Tarix Əliyev isə müğənni ilə 8 il əvvəl baş verən bir hadisəni xatırladıb:
"8 il öncə idi. YouTube kanalım üçün müsahibə götürmüşdüm. Həmin vaxt Nazənin başqa bir sənətçi ilə məhkəmə çəkişməsi yaşayırdı. O aqressiv açıqlamanı yayımlasaydım, çox böyük qalmaqal yaranardı. Məni ağlayaraq yığdı, "Mənim oğlum var, o heç kimin qabağından qaçmayacaq. Cinayət törədə bilər. O videonu sil, balamı qana salma", - dedi. Bu sözlər məni çox təsirləndirdi. Ona görə Nazənini sevdim. O videonu sildirdim, başqa birisi olsaydı, reytinqə görə yayımlayardı."
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox