Lalə Məmmədova: "Reytinq xətrinə ailəmin dağılmasını müzakirə etdilər"
Əməkdar artist Lalə Məmmədova şəxsi həyatına aid bəzi məqamları ilk dəfə olaraq açıq şəkildə bölüşüb. Müğənni illər əvvəl ailəsinin dağılmasını reytinq naminə ictimaiyyətə təqdim edənləri tənqid edib və sənətkarların yaradıcılığının şəxsi həyatından önəmli olduğunu vurğulayıb.
Əməkdar artist Lalə Məmmədova şəxsi həyatında yaşadığı çətinliklərə dair açıqlamalar verib. "Elgizlə izlə" proqramında qonaq olan müğənni illər əvvəl ailəsinin dağılmasını müzakirə obyektinə çevirənləri tənqid edib.
"İllər əvvəl ailəm dağıldı. Mən bu barədə çox danışmadım. Amma reytinq xətrinə qarşı tərəfi danışdırdılar. Ayrılan insanlar bir-biri haqqında yaxşı şeylər danışmaz. Bunun nə mənə, nə də sənətimə faydası var idi," - deyə müğənni bildirib.
Lalə Məmmədova sənət adamlarının şəxsi həyatının deyil, yaradıcılığının ön planda olması gərəkdiyini vurğulayıb: "Bilirəm ki, həyat bumeranqdır. Məni müzakirə edənlər bu vəziyyəti bir gün öz başlarında görə bilərlər. Şəxsi həyat hər kəsə maraqlıdır, amma sənətkarın əsas missiyası pozitivlik ötürməkdir. Ona görə də şəxsi həyatına toxunmaq nəyə lazımdır?"
Müğənni əlavə edib ki, hər bir insanın özünə məxsus yaralı nöqtəsi var və bunların ictimaiyyətə təqdim olunması doğru yanaşma deyil.