"Oğlum açıq-saçıq geyinməyimə icazə verir, məni Beyonsa və Lopezə bənzədirlər"

Müğənni Xatun Əliyeva şəxsi həyatı və son illərdə yaşadığı çətinliklərdən danışıb. O, qardaşının vəfatından sonra tək qaldığını, lakin hazırda həyatında xüsusi biri olduğunu etiraf edib. Müğənni görünüşündə etdiyi dəyişikliklərə görə oğlu tərəfindən dəstəkləndiyini bildirib.

"Oğlum açıq-saçıq geyinməyimə icazə verir, məni Beyonsa və Lopezə bənzədirlər"
Xatun Əliyeva
reklam

Müğənni Xatun Əliyeva "Qonaqcanlı" verilişində qardaşı Balaşın vəfatından sonra həyatında yaşadığı çətinliklərdən söz açıb.

"Balaşdan sonra yalnız qaldım. Ən yaxın insanlar belə üz çevirib getdilər. Mənə dözə bilmədilər" – deyə sənətçi bildirib.

O, hazırda həyatında sevdiyi insanın olduğunu da etiraf edib: "Bu 4 ildə məni anlayacaq bir insan tapmadım. Ancaq indi həyatımda sevdiyim biri var. O da ağır itkilər yaşayıb. Həmin gün onunla danışıb birlikdə ağladıq. Bizi birləşdirən dərdlərimiz var. Bəzi dünyəvi problemləri həll etmək mümkündür, amma gənc yaşda yaşanan itkilərlə barışmaq olmur".

Xatun Əliyeva son dövrlərdə görünüşündə etdiyi dəyişikliklərə də toxunub: "Oğlum icazə verib ki, açıq-saçıq geyinə bilərəm. Neçə vaxtdır görünüşümü dəyişirəm. Məni Beyonce və Jennifer Lopezə bənzədirlər".

Qeyd edək ki, müğənninin qardaşı Balaş 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

reklam
reklam