"Təəssüf ki, bəziləri reytinqin ardınca qaçır..."

Müğənni Gülay Zeynallı efirlərdən uzaq qalmasının səbəbini açıqlayıb. O, yalnız inandığı və hörmət etdiyi aparıcıların proqramlarına qatıldığını bildirib.

"Təəssüf ki, bəziləri reytinqin ardınca qaçır..."
Gülay Zeynallı
reklam

Müğənni Gülay Zeynallı son açıqlaması ilə diqqət çəkib. O, "İzzət Şou" verilişinə qonaq olub və efirlərdə nadir hallarda görünməsinin səbəbini izah edib.

Sənətçi bildirib ki, reytinq naminə hər verilişə qatılmaq istəmir və yalnız şəxsi hörmət etdiyi aparıcıların proqramlarında iştirak edir:

"Televiziya sahəsində çoxlu dostlarım var. Mənim üçün insanın şəxsiyyətinə hörmət əsasdır. İnandığım insanların verilişlərinə qatılıram. Çünki verilişin ortasında hörmətsizlik edib getmək istəmirəm. Artıq böyümüşük, ailəmiz, övladımız var. Reytinq üçün efirə çıxmağa ehtiyac duymuram. Təəssüf ki, bəziləri reytinqin ardınca qaçır, amma mən onların sırasında deyiləm. Bu isə o demək deyil ki, özümü hamıdan üstün sayıram," – deyə müğənni vurğulayıb.