“Qonşular şikayətlənirdi ki, bəsdir...”

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə az çıxmasının səbəbini açıqlayıb. O, sənətçinin efirdə tez-tez görünməsinin adiləşməsinə səbəb olduğunu bildirib. Müğənni daha əvvəl tez-tez efirə çıxdığını, hətta qonşularının bundan şikayət etdiyini etiraf edib.

“Qonşular şikayətlənirdi ki, bəsdir...”
Sevda Ələkbərzadə
reklam

Əməkdar artist Sevda Ələkbərzadə televiziya verilişlərinə nadir hallarda qatılmasının səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi "Zaurla Günaydın" proqramında bu mövzuya toxunub. O, efirə tez-tez çıxmağın sənətçinin dəyərini azalda biləcəyini bildirib:

"İnsan çox istədiyi sənətçini gözləməlidir. Qoy darıxsınlar, hər şeyin yeri var. Çox gəlib-gedəndə insan adiləşir. Nadir halda gələndə isə başqa münasibət göstərilir. 34 ildir səhnədəyəm. Əvvəllər tez-tez efirə çıxırdım. Bir çox verilişlərdə olmuşam, qonşular şikayətlənib ki, bəsdir, nə vaxt açırıq, səni görürük", – deyə müğənni bildirib.

Sevda Ələkbərzadə hazırda daha seçici davranaraq yalnız vacib məqamlarda efirə çıxdığını vurğulayıb.