"Ölənə qədər sevəcəyəm"

Müğənni Günay İbrahimli sevgilisi ilə bağlı fikirlərini bölüşüb. O, sevgisinin hər gün daha da artdığını bildirib və bu hissi bütün qadınlara arzulayıb.

"Ölənə qədər sevəcəyəm"
Günay İbrahimli
reklam

Müğənni Günay İbrahimli şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. O, "Gün ortası" verilişində sevgisindən danışarkən kövrəlib.

"Sevgim günü-gündən artır. Deyirlər ki, sevgi zamanla azalır, amma mən bununla razı deyiləm. Əksinə, illər keçdikcə insan daha da doğmalaşır və sevgisi güclənir. Sənin yanında səni düşünən, qayğına qalan, arxanda dayanan bir insan olmalıdır. Mənim də belə bir insanım var və bunun üçün Allaha şükür edirəm. Həm sevilirəm, həm də sevirəm. Allah bizi heç vaxt ayırmasın. Mən sevgimi ölənə qədər yaşadacağam," - deyə müğənni bildirib.

Bununla yanaşı, sənətçi şəxsi həyatını efirdə müzakirə etməyi xoşlamadığını və bəzi məsələlərin mediada danışılmasının tərəfdarı olmadığını vurğulayıb.