Özcan Dəniz Bakıda möhtəşəm konsert verdi – FOTO

Məşhur türkiyəli müğənni Özcan Dəniz Bakıda konsert verib. O, səhnədə səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib və özünü yaxşı hiss etdiyini bildirib. Konserti izləmək üçün minlərlə tamaşaçı bir araya gəlib.

Özcan Dəniz Bakıda möhtəşəm konsert verdi – FOTO
Özcan Deniz
reklam

Türkiyəli məşhur müğənni və aktyor Özcan Dəniz Bakıda böyük anşlaqla qarşılanan konsert proqramı ilə çıxış edib. Səhnədə o, səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

"İnfarkt keçirməmişəm, sadəcə ürək spazmam var. Səhnə elə bir yerdir ki, hətta 40 dərəcə hərarətlə çıxış etdiyim vaxtlar olub. Səhnə həkimlərin sağalda bilmədiyini sağaldır. Özümü çox yaxşı hiss edirəm."

Müğənni konserti boyunca həm yeni, həm də sevilən köhnə hitlərini səsləndirib. Konserti izləmək üçün 4000-ə yaxın tamaşaçı toplaşıb və ifaları onunla birlikdə oxuyublar.

Özcan Dəniz tamaşaçılara xoş xəbər də verib. O, 31 oktyabrda yenidən Bakıya gələcəyini elan edib.

Qeyd edək ki, konsertin təşkilatçısı Eyyub Hüseynzadənin təsis etdiyi "Anadolu Events" şirkətidir.

reklam
reklam