"Pul alıb saxta sənədlər verdilər"-VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə babası Xalq yazıçısı Əbdülhəsən Ələkbərzadəyə ev muzeyi yaratmaq məqsədilə aldığı torpaq sahəsində dələduzluğa məruz qaldığını açıqlayıb. İllər sonra torpağın başqa birinə qanunsuz satıldığını öyrənən sənətçi, o vaxt onu aldadan şəxslərin riyakarlığını xatırlayıb.

"Pul alıb saxta sənədlər verdilər"-VİDEO
Sevda Ələkbərzadə
reklam

Əməkdar artist Sevda Ələkbərzadə illər öncə dələduzluğa məruz qaldığını açıqlayıb. Bu barədə o, jurnalist Pərviz Hüseynin "Pərvizə görə" verilişində danışıb. Sevda babası, Xalq yazıçısı Əbdülhəsən Ələkbərzadəyə ev muzeyi tikdirmək üçün aldığı torpaq sahəsində yaşadığı çətinliklərdən bəhs edib: "Məni aldatdılar. Babam üçün ev muzeyi tikdirmək istəyirdim və bunu öz gücümlə edə bilməzdim. Basqala üz tutdum, bu da 15-20 il əvvəl olub. Məndən 2000 manat pul istədilər, ödədim və mənə sənədlər verdilər. O sənədlərin düzgünlüyündən şübhələnmədim. İllər sonra gördüm ki, həmin torpaq başqasına satılıb və orada ev tikiblər. Məlum oldu ki, mənə verilən sənədlər saxta imiş. İndi deyirəm, utanın! İsmayıllının icra başçısına müraciət edəndə məni aldadan şəxs orada idi, özünü heç bir günahkar hiss etmədi və məni yalançı çıxardı." Sənətçi, yaşadığı bu təcrübənin onda dərin bir iz buraxdığını və torpaq uğrunda mübarizə aparmaqdan vaz keçdiyini bildirib.