"Yerdə sürünməkdən ayaqlarım göyərib"

Müğənni Gülşən, təmizlik marağından və onun gündəlik həyatında necə bir yer tutduğundan danışıb.

"Yerdə sürünməkdən ayaqlarım göyərib"
Gülşen
reklam

Türkiyəli məşhur müğənni Gülşən, "İbrahim Səlimlə bu axşam" adlı verilişin qonağı olub və burada ev təmizliyi ilə bağlı maraqlı etiraflar edib. O, evini özünün təmizlədiyini və heç vaxt köməkçi tutmadığını açıqlayıb.

Gülşən təmizliklə bağlı sözlərinə belə davam edib:
"Ev işlərini özüm görürəm. O qədər çox detal var ki, zinət əşyalarından tutmuş eynək və saatlara qədər, bir şey yerindən tərpənəndə hər şey pozulur. Təmizlik məndə uşaqlıqdan qalmış bir vərdişdir. Kiminsə etdiyini heç vaxt bəyənmirəm. Yerdə sürünməkdən ayaqlarım göyərib. Hətta ən vacib konsertim olduğu gün belə, əvvəlcə evi silirəm, sonra gedirəm. Hər səhər vanna otağını ağardıcı ilə təmizləyirəm."

Gülşən bu etirafları ilə həm diqqət çəkib, həm də izləyicilərinə öz işlərini necə görməsi barədə məlumat verib.