"Qadın xoşbəxtliyi nədir bilmirəm"

Müğənni İlhamə Qasımova xoşbəxtliyin onun üçün nə demək olduğunu açıqlayıb. O, əsasən sevdiyi insanların yanında olmasını və heç kimə möhtac olmamağı arzuladığını bildirib.

"Qadın xoşbəxtliyi nədir bilmirəm"
İlhamə Qasımova
reklam

Müğənni İlhamə Qasımova xoşbəxtlik anlayışı ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, qadın xoşbəxtliyinin nə olduğunu bilmir:

"Mənim üçün xoşbəxtlik sevdiyim insanların ətrafımda olmasıdır. Heç vaxt heç kimə möhtac olmamaq istəyirəm. Allahdan milyonlar istəməmişəm, sadəcə, halal ruzim olsun ki, heç kimə ehtiyacım olmasın. Əzizlərimə qarşı olan öhdəliklərimi yerinə yetirə bilim."

İfaçı bu fikirləri "Xəzər axşamı" verilişində səsləndirib.

Bundan əlavə, İlhamə Qasımova aktrisa Oksana Rəsulova ilə uzun illərdir dost olduqlarını qeyd edib: "16 ildir dostuq, aramızda heç vaxt inciklik olmayıb."