"Qızım Rusiyada universitet oxuyur"
Aşıq Samirə Əliyeva "Zaurla Günaydın" verilişində efirə çıxmama səbəbini açıqlayıb. Sənətçi, efirə yalnız əhvalı yaxşı olanda çıxmaq istədiyini bildirib. O, qızı Məfruzə barədə də danışıb və onun Rusiyada təhsil aldığını qeyd edib: "Qızım Moskvada oxuyur. Orada universitetin dördüncü kursundadır. Həkimliyi oxuyur." Samirənin bir qızı və bir oğlu var.
