“Rafet El Roman istəyirdi ki, adı mənimlə hallansın”

Tanınmış aktrisa Pərvin Abıyeva şəxsi həyatından, sənət yolundakı çətinliklərdən və Türkiyə şou-biznesindəki təkliflərdən danışıb. O, insanları yalan münasibətlərlə aldadacaq layihələrdə iştirak etmədiyini vurğulayıb.

“Rafet El Roman istəyirdi ki, adı mənimlə hallansın”
Pərvin Abıyeva,Rafet El Roman
reklam

Aktrisa Pərvin Abıyeva “Pərvizə görə” proqramında maraqlı açıqlamaları ilə diqqət çəkib. O, həm şəxsi həyatındakı qınaqlardan, həm də sənət fəaliyyətindən bəhs edib. “İnsanlar bizi həmişə tənqid edir, elə bil ki, bizim hisslərimiz yoxdur. Məncə, tanınmış insanlara qarşı aqressiya var. Bəzən heç səhv etməsək belə, bizi qəbul etmirlər. Əslində, bəlkə də ən gözəl ailə həyatı məndə olub, amma bu, başqaları üçün önəmli deyil,” - deyə aktrisa bildirib. Pərvin həmçinin ana olmaq arzusundan da danışıb: “Hər qadın kimi mənim də ən böyük arzularımdan biri ana olmaqdır. Artıq hiss edirəm ki, buna hazıram.” Türkiyədə fəaliyyət göstərmək üçün aldığı təklifləri də açıqlayan aktrisa, bu cür layihələrin azadlığı məhdudlaşdırdığını deyib: “Türkiyədə bir neçə menecerdən təkliflər aldım. Amma onların şərtləri məni qorxutdu. Onların qanunlarına uyğun həyat sürmək məcburiyyətindəsən. Həmçinin, saxta münasibətlər qurmağı təklif etdilər. Dedilər ki, filan məşhurla sevgili olduğunuzu göstərək, bu, səni tanıdacaq. Rafet El Roman deyil, başqa biri idi, amma həqiqətən Rafet də istəyirdi ki, adı mənimlə hallansın. Bu təklifləri qəbul etmədim, çünki doğru olmayan bir şeyi niyə insanlara göstərim?” Aktrisa sonda vurğulayıb ki, sənətdə azadlığına önəm verir və yalnız öz dəyərlərinə uyğun layihələrdə iştirak edir.