"Sən mənə nə etmisən ki..."

Aparıcı Elgiz Əkbər və müğənni Türkan Vəlizadə arasında gərginlik yaşanıb. Türkan insanların üzünə gülüb, sonradan arxadan başqa sözlər danışdıqlarını bildirərək səmimiyyətə inanmadığını deyib. Elgiz isə onun bu sözlərinə cavab olaraq verilişində ona dəstək verdiyini və heç bir pis niyyətinin olmadığını vurğulayıb. Qalmaqalın səbəbi aparıcının müğənni Pərvanəni Türkan Vəlizadədən daha çox bəyəndiyini söyləməsi olub.

"Sən mənə nə etmisən ki..."
Elgiz Əkbər
reklam

Aparıcı Elgiz Əkbər müğənni Türkan Vəlizadənin son açıqlamalarına sərt reaksiya verib. Türkan səmimiyyətə inanmadığını bildirərək, bəzi insanların üzünə gülüb, arxadan fərqli sözlər danışdığını iddia edib.

Elgiz Əkbər isə "Elgizlə izlə" verilişində məsələni belə izah edib: “Meyxanaçı Pərviz Bülbülə və yeni duet ortağı Pərvanə qonaq idilər. Mən Pərvanəni təriflədim və "onu Türkan Vəlizadədən daha çox bəyəndiyimi" dedim. Bundan sonra Zaur Nəbioğlu Türkanla söhbətində bu fikirləri ona çatdırıb. Türkan isə adımı çəkmədən insanların arxasınca danışdığını söyləyib.”

Aparıcı Türkan Vəlizadə ilə tanışlığının avtomobil qəzasından sonra başladığını deyərək, ona təmənnasız kömək etdiyini, verilişinə dəvət etdiyini və hər zaman dəstək olduğunu vurğulayıb. O, Türkanın bu açıqlamalarına təəccübləndiyini bildirərək belə deyib: "Sən mənə nə etmisən ki, pis də münasibət göstərim? Mən sadəcə zarafat etmişəm, burada nə var?"

Məsələ sosial şəbəkələrdə də müzakirələrə səbəb olub və qalmaqalın daha da böyüyəcəyi gözlənilir.