“Sevil və Sevinc qısa geyinir, onları oğluma almazdım”
“Sevil və Sevinc qısa geyinir, onları oğluma almazdım”
Müğənni Xatirə İslam "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" sözlərinə aydınlıq gətirib. O, Sevil və Sevinc Səfərovaların gözəl olduğunu, lakin onların qısa geyindiyini əsas gətirərək, gəlin kimi qəbul etməyəcəyini bildirib. Xatirə, gəlininin evdə oturub yemək bişirməsini istədiyini vurğulayıb. O, Aygün Bayramovanın isə yemək bişirən insana bənzəmədiyini zarafatla qeyd edib.
Müğənni Xatirə İslam, "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" sözlərinə aydınlıq gətirib. "Afaqla onlarla" verilişində qonaq olan sənətçi əvvəlcə bu fikri söylədiyini xatırlamasa da, sonra mövzuya münasibət bildirib.
"Sevil və Sevincdən xoşum gəlir. Amma böyük oğlum olsaydı, onları gəlin olaraq seçməzdim. Çünki qısa geyinirlər. Mən istəyirəm ki, gəlinim evdə otursun, yemək bişirsin, çay dəmləsin. Mən də yeyim, bir az kökəlim," – deyə, müğənni zarafat edib.
Xatirə İslam daha sonra Aygün Bayramovanın da gəlin olaraq seçilməsinə münasibət bildirib: "Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Amma sağ olsun, yaxşı muğamlar oxusun."
Qeyd edək ki, Xatirə İslam daha əvvəl də gəlin seçimində ailə dəyərlərinə önəm verdiyini və ənənəvi həyat tərzinə üstünlük verdiyini vurğulayıb.