Sevənlərini qorxudan "Intihar" paylaşımı
Türkiyənin məşhur sənətçisi Serdar Ortaç sosial media paylaşımı ilə sevənlərini narahat edib. Uzun müddət qumar aludəçiliyindən əziyyət çəkən sənətçi həm borcları, həm də qanunsuz mərc oyunları səbəbindən gündəmə gəlmişdi. Son paylaşımında o, həm öz keçmişinə toxunub, həm də qumar aludəçilərinə xəbərdarlıq edib.
Türkiyəli məşhur sənətçi Serdar Ortaç uzun illər qumar oynadığına görə yaranan borcları ilə gündəmdə olub. Bir müddət əvvəl qanunsuz mərc oyunlarına görə saxlanılan və daha sonra ev dustaqlığına buraxılan sənətçi sosial media hesabında narahatlıq doğuran bir paylaşım edib. Sənətçi qumar aludəçisi olanlara xəbərdarlıq edərək, bu vərdişin ciddi nəticələrə yol aça biləcəyini vurğulayıb: "Cəmiyyətə səhv nümunə olmaq olmaz. Mənim etdiyim səhvləri etməyin. Əgər bu vərdişi tərgitməsəniz, sonunuz intiharla bitəcək. İçki və siqareti bir gecədə necə tərgitdimsə, qumarı da elə tərgitdim. Gözləyək görək sonumuz nə olur." Serdar Ortaçın bu səmimi etirafı və xəbərdarlığı sosial mediada geniş müzakirələrə səbəb olub. Sevənləri sənətçini dəstəklədiklərini bildirərək ona güclü olmağı arzulayıblar.