"Şakir Paşa Ailəsi" serialının qəfil sonlanması barədə açıqlama verdi

Qısa müddət əvvəl yayımdan çıxarılan "Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar" serialında "Sümbül" obrazını canlandıran Helin Kandemir serialın dayandırılmasından kədərləndiyini bildirib. O, hüquqi prosesin davam etdiyini və gözləmə mərhələsində olduqlarını qeyd edib.

"Şakir Paşa Ailəsi" serialının qəfil sonlanması  barədə açıqlama verdi
Helin Kandemir
reklam

Qısa müddət əvvəl yayımdan çıxarılan "Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar" serialında "Sümbül" obrazını canlandıran aktrisa Helin Kandemir layihənin dayandırılmasından kədərləndiyini bildirib.

Gənc aktrisa açıqlamasında hüquqi mübarizənin davam etdiyini vurğulayıb:
"Hazırda konkret nəsə söyləmək doğru olmaz. Hüquq çərçivəsində mübarizə gedir, biz gözləmə mövqeyindəyik. Heç kim bu barədə rəsmi açıqlama verməyib, aidiyyəti şəxslər öz öhdəliklərini yerinə yetirirlər. Serialımız çox gözəl idi, lakin nə doyunca çəkə, nə də izləyə bildik" - deyə Kandemir bildirib.

Xatırladaq ki, serialın süjetinin Cevat Şakir Kabaağaçlının ailəsinin tarixi ilə bağlı yanlış təsəvvür yaratdığı iddia edilərək, məhkəməyə müraciət olunmuşdu. Hüquqi mübahisələrin nəticəsində cəmi 7 bölüm yayımlandıqdan sonra serialın dayandırılmasına qərar verilib.