Tarkan Azərbaycana Başsağlığı Verdi

Türkiyənin məşhur müğənnisi Tarkan Azərbaycanda baş verən təyyarə qəzası ilə bağlı dərin hüznünü ifadə edib və sosial şəbəkə hesabında paylaşım edərək başsağlığı mesajı ünvanlayıb.

Tarkan Azərbaycana Başsağlığı Verdi
Tarkan
reklam

Türkiyənin sevilən müğənnisi Tarkan, Azərbaycanda baş vermiş faciəvi təyyarə qəzasına biganə qalmayıb. Müğənni şəxsi sosial media hesabında paylaşım edərək duyğularını belə ifadə edib:

"Keçmiş olsun, Azərbaycan. Dünən baş verən qəzaya görə çox üzgünəm. Həlak olanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm."

Bu səmimi paylaşım Tarkanın pərəstişkarları və ictimaiyyət arasında geniş dəstək və təqdirlə qarşılanıb.