Vüsalə Əlizadə şəxsi həyatı barədə açıqlama verdi
Aparıcı Vüsalə Əlizadə həyatında kiminsə olub-olmaması ilə bağlı suallara cavab verib. O, gözəlliyin vacib olmadığını və həyatda qalıcı dəyərlərin, sevgi və güvənin daha önəmli olduğunu vurğulayıb.
Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı barədə maraqlı açıqlama verib. O, məşhur Instagram hesabında izləyicilərdən gələn sualları cavablandırıb. Bir izləyici ona "Çox gözəlsiniz, Vüsalə xanım. Həyatınızda biri olmalı" deyərək sual ünvanlayıb. Əlizadənin bu suala reaksiyası isə diqqət çəkib:
"Çox təşəkkür edirəm. Sualın ikinci tərəfinin cavabı isə yoxdur. İnanın səmimiyyətimə... Rahat etiraf edə biləcək yaşdayam, amma heç bir insanın belə bir məcburiyyəti də yoxdur ki, mütləq həyatında kimsə olmalıdır. Bu sualı verənlərin də əksəriyyəti xanımlardır. Gözəllik hər şeyi həll etmir, qızlar. Bu həyatda qalıcı şeylərlə tutunun. Sevgi, dəyər, güvən və paylaşmaq qarşılığında var olur. Əgər bunun biri yoxdursa, heç nədən söhbət gedə bilməz."