Xalq artistinin 19 yaşlı sevgilisi hamilədirmi?

Məşhur müğənni Qriqori Leps 19 yaşlı nişanlısı Aurora Kiba ilə yayda nikah masasına oturmağa hazırlaşır. Toyda gəlinin üç paltar dəyişəcəyi bildirilir. Eyni zamanda, cütlüyün valideyn olmağa hazırlaşdığı barədə iddialar ortaya çıxıb.

Xalq artistinin 19 yaşlı sevgilisi hamilədirmi?
Qriqori Leps
reklam

Məşhur müğənni Qriqori Leps bu yay 19 yaşlı nişanlısı Aurora Kiba ilə ailə qurmağa hazırlaşır. Gənc qız hazırda ali təhsilini Londonda davam etdirir, lakin yaydan sonra Moskva universitetinə keçməyi planlaşdırır.

62 yaşlı sənətçi toyda gəlinin dizaynını özü hazırlayacağı üç fərqli paltar geyinəcəyini açıqlayıb.

Bununla yanaşı, cütlüyün artıq valideyn olmağa hazırlaşdığı barədə şayiələr yayılıb. Aurora doğum günü zamanı ailəsi ilə birgə çəkilmiş videoda tortun üzərindəki şamı üfürərək "Sənin üçün nəvə, ana!" deyib. Bu sözlər onun anasını təəccübləndirib və Tatyana Kiba "Sən dəlisən? Yox, mən hələ nənə ola bilmərəm" deyə reaksiya verib.

Bu ifadələrdən sonra Aurora Kibanın hamilə olması ilə bağlı ehtimallar güclənib.