“Xanım kimi xoşbəxt deyiləm”

Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. O, nakam sevgisindən, ikinci evliliyinin uğursuzluğundan və tənhalığın çətinliklərindən söz açıb.

“Xanım kimi xoşbəxt deyiləm”
Naibə Allahverdiyeva
reklam

Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. Aktrisa “Etiraf” verilişində nakam sevgisindən və ailə həyatındakı çətinliklərdən danışıb.

“Xanım kimi xoşbəxt deyiləm. Hər bir gənc qız kimi mən də öz ağ atlı şahzadəmi arzulamışdım, amma onu tapmadım. İnsanlar bunu zənginlik kimi başa düşə bilər, lakin mən “ruh əkizimi” tapa bilmədim. Bununla belə, taleyimə şükür edirəm. Anayam, övladım var, tamaşaçılar tərəfindən sevilirəm. Allahın mənə yazdığı qismətə razıyam” – deyə aktrisa bildirib.

Naibə Allahverdiyeva sevgi həyatında yaşadığı çətinliklərdən də söz açıb:

reklam
reklam

“Təbii ki, sevdiyim insan olub, amma bizə qovuşmağa imkan vermədilər. Onun dostları münasibətimizə mane oldu. Bizə gözəl cütlük deyirdilər, amma ayrıldıq. Hətta o dostlardan biri illər sonra gəlib üzr istədi. Amma artıq gec idi, sevdiyim insanın həyatı tənhalıq içində keçdi və o, tək dünyasını dəyişdi.”

Aktrisa ikinci evliliyinin uğursuz olduğunu da etiraf edib:

“İkinci dəfə ailə qurdum, amma alınmadı, ayrıldıq. Tənhalıq çox çətin bir hissdir. Təklik və tənhalıq fərqlidir. Tənhalıq quyunun dibidir, ordan çıxmaq çətindir. Ancaq yenidən ailə qurmaq fikrim yoxdur” – deyə sənətçi vurğulayıb.