Xoşqədəm Hidayətqızı hamiləlik dövründə yaşadığı çətin anları paylaşıb

Aparıcı Xoşqədəm Hidayətqızı, "Səni Axtarıram" verilişində hamiləlik dövründə yaşadığı ağır anları və Doğuşun ona olan dəstəyini göz yaşları ilə xatırlayıb.

Xoşqədəm Hidayətqızı hamiləlik dövründə yaşadığı çətin anları paylaşıb
Dogus, Xosqedem
reklam

Aparıcı Xoşqədəm Hidayətqızı, ARB TV-nin "Səni Axtarıram" verilişində keçirdiyi xəstəlikdən danışıb. Hamiləlik dövründə yaşadığı ağır vəziyyəti və Doğuşun ona olan dəstəyini qəlbini sıxan anlarla xatırlayıb. O, həmin dövrü belə izah edib:
"Allaha yalvarırdım ki, bizim evimizi böyüksüz eləmə! Mənim ömrümdən kəs, Doğuşun ömrünə cala! Hamiləlik dövründə Alamıyada ağır vəziyyətdə müalicə alırdım. Gözlərimi açanda gördüm ki, Doğuş əllərini açıb dua edir. O, duasında 'Allahım mənim canımı al, amma Xoşqədəmi uşaqlarına bağışla. O, çox gözəl anadır, mən uşaqlarıma analıq edə bilmərəm' deyirdi. Bunları eşidəndə qəhər məni boğdu."

Hidayətqızı, Doğuşun bu sözlərini eşidərkən çox təsirləndiyini və qəlbində böyük bir hissiyatın oyandığını vurğulayıb.